AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

TBMM-in sədri: Xocalı faciəsinin törədilməsində Ermənistanın bugünkü rəhbərlərinin də əli var

+ -

Bakı, 25 fevral, AZƏRTAC

"BMT-dən gözlədiyimiz Xocalı faciəsini törədənlərin cəzalandırılması, Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrindəki erməni işğalına son qoyulmasıdır. Faciənin törədilməsində Ermənistanın bugünkü rəhbərlərinin də əli var".

AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmail Qəhrəman Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı yaydığı açıqlamada belə deyib.

TBMM-in sədri bəşəriyyət tarixinin ən vəhşi qətliamlarından birinin Xocalıda törədildiyini, Ermənistan ordusunun işğalı altında olan Xocalıda 26 il əvvəl 613 günahsız insanın qəddarlıqla qətlə yetirildiyini bildirib. Bu qətliamın insanlıq tarixində utanc səhifəsi kimi yer aldığını vurğulayıb.