AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Qarabağ Araşdırmalar Mərkəzinin açılış mərasimi keçirilmişdir

+ -

“Qarabağ Araşdırmalar Mərkəzi” açıldı
Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.
Bununla yanaşı, ermənilər hər zaman azərbaycanlılara məxsus olan tarixi yazıları silmək, Azərbaycan tarixini saxtalaşdırmaq və və hazırda işğal olunmuş Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət nümunələrini dağıdıb məhv etməklə öz çirkin niyyətlərindən əl çəkməmişlər.
2013-cü il oktyabrın 4-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə layihəsi olan “Qarabağ Araşdırmalar Mərkəzi” açıldı. 
“Qarabağ Araşdırmalar Mərkəzi” açılması Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasında çox mühüm rol oynayacaqdır. 
Mərkəzdə bir sıra yerli və beynəlxalq ekspertlərin tədqiqat aparması üçün əlverişli şəraitin yaradılması və gələcəkdə digər ölkələrin Elmi Mərkəzləri ilə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur.
Hesab edirik ki, bu addım ictimaiyyətinin mariflədirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dovlətinin apardığı mühüm işlərə töhvə olacaqdır.