AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında qısamüddətli kursların keçirilməsinə başlandı

+ -

2014-cü il fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində Ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətlı kursların açılışı olmuşdur.
Kursların keçirilməsindən məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.
Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin mariflədirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dovlətinin apardığı mühüm işlərə töhvə verməkdir.
Kurslarda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri; ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri; XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906); Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər). DQMV-nin yaradılması və nəticələri; Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri; XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri. Xocalı soyqırımı; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlarda; Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi və s. mövzularda proqram üzrə ayrı-ayrı mütəxəssislər və bu sahənin tədqiqatçıları tərəfinfən mühazirələr oxunacaqdır. 
2014-cü il fevralın 18-dən - 28-dək keçiriləcək kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olacaqdır.
Kusların sonunda dinləyicilərə müvafiq sertifikatkarın verilməsi nəzərdə tutulmuşdur.
2014-cü il fevralın 18-dən - 28-dək davam edəcək kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olacaqdır.