AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Mediaforum (11.06.2014) - Qarabağ Araşdırmalar Mərkəzi daha bir kursa yekun vurdu

+ -

İyunun 11-də Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.

Azərbaycan Turizm İnstitutunun tələbələrinə sonuncu mühazirəni tarixçi alim, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri” mövzusunda oxuyub. O, Ermənistanın işğalçılıq siyasətindən danışaraq bildirib ki, azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləməyə məruz qalıb. Alim deyib ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həyatını itirib, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər əlil olub.

Mayın 26-dan başlayan kurslarda AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov, Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, AMEA Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov mühazirələr oxuyublar.

 Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib.