AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

APA (11.06.2014) - Qarabağ Araşdırmalar Mərkəzində Qarabağ həqiqətləri haqqında növbəti qısamüddətli kurslar başa çatıb

+ -

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində tələbələr üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.

APA-nın məlumat;na görə, kursların dinləyiciləri Azərbaycan Turizm İnstitutunun tələbələri olublar. Sonuncu mühazirəni Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri” mövzusunda oxuyub. O qeyd edib ki, prezident İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və olmayacaq” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə  münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri artırıb. Bu kursların keçirilməsində də məqsəd məhz gənclərin maarifləndirilməsi və  vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib.