AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında ilk qısamüddətli kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisasının tələbələri olmuşlar.

+ -

Qarabağ Araşdırmalar Mərkəzində 
ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında ilk qısamüddətli kursların 10-ci mühazirəsi oldu.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər söbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov “Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda sonuncu mühazirəni oxumuşdur. Çox maraqla qarşılanan və gənclərin suallarına ətraflı cavab verən hörmətli Əli Həsənov qeyd etdi ki, biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. 
Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Müasir dünyada güclünün haqlı olduğu bir siyasət nümayiş olunur. Əslində isə haqlının güclü olduğuna əsaslanan siyasət yürüdülməli, haqlı hər yerdə güclü olmalıdır. Təəssüflər olsun ki, siyasətin müxtəlif standartlarının mövcud olduğu bir dünyada yaşayırıq və burada güclünün haqqı, güclünün hüququ daha çox təlqin olunur və təbliğ edilir, dəstəklənir. Bu mənada biz, Prezidentin Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalıyıq”.
Fevralın 18-dən - 28-dək davam edən kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisasının tələbələri olmuşlar. Sonda dinləyicilərə müvafiq sertifikatkar təqdim edilmişdir.