AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətlı kursların növbəti dərsləri başlanmışdır.

+ -

2014-cü il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində Ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətlı kursların növbəti dərsləri başlanmışdır.
Kurslarda ilk olaraq Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, sonra isə tarix elmləri doktoru, AMEA Tarix İnstitutunun professoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri” mövzusunda mühazirələr oxumuşlar.
2014-cü il aprelin 12-dək davam edəcək kursların hazırkı dinləyiciləri Bakı Slavyan Universitetinin tələbələridir. Tələbələr hər iki mühazirəni çox maraqla dinlədilər, çoxsaylı suallar əsasında yeyi-yeni məlumatlar əldə etdilər